
Azərbaycan gimnastı beynəlxalq turnirin qalibi oldu
- 17 İyn 2023 18:40
- 323
Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının iki üzvü Misirin Qahirə şəhərində təşkil olunan “Pharaoh's Cup” beynəlxalq turnirində medal qazanıb.
Rekord.az xəbər verir ki, fərdi proqramda Vladimir Dolmatov qızıl, Mədinə Mustafayeva isə bürünc mükafata yiyələnib.
Yeniyetmələr arasında komandanın gimnastları Dilarə Qurbanova və Sara Əlixanlı isə fərdi proqramda finala vəsiqə əldə ediblər.