İctimai TV-də yayımlanan “Bol idman” verilişinin növbəti buraxılışı yayımlanıb.

Rekord.az xəbər verir ki, Kənan Hakimovun aparıcı olduğu verilişin qonaqları Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov və futbol meneceri Erkin İbrahimov olub.

Verilişdə Azərbaycan Premyer Liqasının ötər turu, bölgələrdə futbolun vəziyyəti, ümumən futbolun durumu barədə müzakirə aparılıb.