Azərbaycan cüdoçusundan qran-pridə bürünc medal
- 22:26
- 35
Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pri turnirində bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.
Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.
Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.