Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində turnirində finala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.


27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.


Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.


"Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.