III MDB Oyunları çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə yarışlar davam edir.


Rekord.az xəbər verir ki, azərbaycanlı idmançılar Gülşən Hüseynova (-44 kq), Zeyd Ələsgərov (-60 kq), Könül Eyvazova (-48 kq), Fəxri Sahibzadə (-66 kq) və Nərmin Ağamirzadə (-52 kq) birinci yerə çıxıblar.


Sübhan Axundov (+90 kq), Məhəmməd Ağakişiyev (-81 kq), Nəzakət Əliyeva (-57) kq), Hüseyn Hüseynov (-66 kq), Sunay Salamova (-40 kq), Məhəmmədəli Hüsüyev (-55 kq), Röyal Qayibov (-60 kq) gümüş, Anar Quliyev (-50 kq), İbrahim Talıbov (-55 kq), Xədicə Abdullayeva (-44 kq), Aysun Məmmədova (-52 kq), Sadiq Məmmədov (-73 kq), Nürəddin Əliyev (-90 kq) və Tunar Fərzəliyev (+90 kq) bürünc medallar qazanıblar.


Xatırladaq ki, daha öncə isə Zemfira Əliyeva (+70 kq) və Fidan Cəlilli (70 kq) bürünc medallar əldə ediblər.


Beləliklə, cüdo yarışlarının ilk günündə idmançılarımız 21 medal qazanıblar.