Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə qran-pri turnirində iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən yarış noyabrın 14-dən 16-dək davam edəcək.


Azərbaycan bu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatifin başçılığı altında ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq.


Üç gün davam edəcək turnirdə 49 ölkədən 398 idmançı (230 kişi, 168 qadın) iştirak edəcək.


Kişilər


-60 kq

Hüseyn Allahyarov

Murad Muradlı


-66 kq

İslam Rəhimov

Nazir Talıbov


-73 kq

İbrahim Əliyev

Rüfət Şövlətov


-81 kq

Vüsal Qələndərzadə


-90 kq

Aslan Kotsoyev

Vüqar Talıbov


-100 kq

Əjdər Bağırov


+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov


Qadınlar


-48 kq

Könül Əliyeva


-52 kq

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva