Azərbaycan cüdoçuları yanvarın 31-dən fevralın 1-dək Belçikada beynəlxalq açıq turnirdə iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, yığma yarışda ümumilikdə 14 çəki dərəcəsində 31 cüdoçu (17 kişi, 14 qadın) ilə təmsil olunacaq.


Cüdoçularımıza kişilərdən ibarət milli komandanın böyük məşqçisi Slavko Tekiç, gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və gənc qızlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.


Qeyd edək ki, kişilərin mübarizəsi Vise, qadınların yarışı isə Herstal şəhərlərində baş tutacaq.


Yarışda iştirak edəcək heyəti təqdim edirik:


Kişilər


60 kq

Babarəhim Mirzəyev

Murad Muradlı

Murad Əliyev

Fərid Qarayev


66 kq

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Tofiq Məmmədov


73 kq

Kamran Süleymanov

Əbil Yusubov


81 kq

Cəsur İbadlı

Mehdi Abbasov


90 kq

Əli Qazıməmmədov

Zelim Tçkayev


100 kq

Davud Namazlı

Nihad Şıxəlizadə


+100 kq

Ramazan Əhmədov

Camal Feyziyev


Qadınlar


48 kq

Şəfəq Həmidova

Diana Tçkayeva


52 kq

Könül Əliyeva

Çinarə Sadıqova

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva

Leyla Əliyeva


57 kq

Ülviyyə Bayramova


63 kq

Fidan Əlizadə

Nərgiz Hacıyeva


70 kq

Aytac Qardaşxanlı

Südabə Ağayeva


78 kq

Nərmin Əmirli


+78 kq

Madina Kaisinova