Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
- 21:00
- 36
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, milli komanda turnirin son günündə 2 qızıl və 4 bürünc medal qazanıb.
Belə ki, Xədicə Qədəşova (-57 kq) və Davud Namazlı (-100 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar.
Nərgiz Əhmədova və Gülgəz Musayeva (hər ikisi -48 kq), Aytən Verdiyeva (-57 kq) və Canpolad Əliyev (-100 kq) isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, yarışın ilk günündə Nilgün Rzayeva (-63 kq) da bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yığması 2 qızıl və 5 bürünc olmaqla ümumilikdə 7 medalla 33 ölkənin qatıldığı Avropa Kubokunu komanda hesabında üçüncü pillədə başa vurub.