U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışa 73 klub, cəmiyyət və idman təşkilatından 311 idmançı qatılıb.

Çempionat Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub.
3 gün davam edən yarışda 14 çəki dərəcəsində medalçılar məlum olub.

Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə Zirvə Abşeron İdman Kubu layiq görülüb. 41 komanda müxtəlif əyarlı medal qazanıb.

Qaliblərin siyahısını təqdim edirik:

Kişilər

-60 kq
1. Kənan İsmayılov - Neftçi İdman Klubu
2. Rəşad Məmmədov - Neftçi İdman Klubu
3. Əli Haciyev - Neftçi İdman Klubu
3. Seymur Məcidli - Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

-66 kq
1. Sabir İsmayılov – Neftçi İdman Klubu
2. Kamran Süleymanov – "Təhsil" Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Samir Piriyev – Atilla İdman Klubu İdman Birliyi
3. Hüseyn Manafov – Daxili İşlər Nazirliyini İdman Cəmiyyəti

-73 kq
1. Rəşid Məmmədəliyev - Mərkəzi Ordu İdman Klubu
2. Süleyman Əliyev - Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Rüfət Şəvlatov - Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Kamran Qasımov - Neftçi Siyəzən İdman Klubu

-81 kq
1. Adil Adilzadə - Neftçi İdman Klubu
2. Mətin Rzazadə - Çevik İdman Klubu
3. Elcan Səfiyev - Çevik İdman Klubu
3. Məmmədrza Hacızadə - "Təhsil" Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbi

-90 kq
1. İbrahim Ağakişiyev – Top Abbasov Team İdman Klubu
2. Murad Mustafazadə - Daxili İşlər Nazirliyini İdman Cəmiyyəti
3. Bəxtiyar Məmmədov - Atilla İdman Klubu İdman Birliyi 
3. Eldar İbrahimov - "Neftçi" İdman Klubu, Sumqayıt şəhəri

-100 kq
1. Süleyman Yaqubov - Sərhədçi İdman Olimpiya Mərkəzi
2. Hüseyn Dadaşov - Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Atabala Niftaliyev - Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri
3. Sabir İsayev - "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi

+100 kq
1. Camal Feyziyev - Neftçi İdman Klubu
2. Toğrul Salmanov - "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi
3. Məhəmməd Məmmədzadə - Neftçi İdman Klubu
3. Eldar Əliyev - Atilla İdman Klubu İdman Birliyi

Qadınlar

-48 kq
1. Ramilə Əliyeva - Atilla İdman Klubu
2. Fəridə Mirzəyeva - Atilla İdman Klubu
3. Leyla Dəmirova - Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
3. Nigar Əliyeva - Neftçi İdman Klubu

-52 kq
1. Xədicə Qadaşova – Atilla İdman Klubu İdman Birliyi
2. Vüsalə Kərimova – Azərbaycan Cüdo Federasiyası
3. Ülviyyə Bayramova - Neftçi İdman Klubu
3. Zəhra Xalitzadə - Neftçi İdman Klubu

-57 kq
1. Nuray Quliyeva - Zirvə İdman Kubu, Abşeron şəhəri
2. Aytən Əliyeva - Zaqatala şəhəri
3. Rəmziyyə Hüseynova – Turan İdman Klubu
3. Nigar Əlibəyli - "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

-63 kq
1. Leyla Hüseynova - Zirvə Abşeron İdman Kubu
2. Rahidə Cavadova – Turan idman klubu
3. Aysun Verdiyeva – Goranboy rayonu
3. Kamilə Toholiyeva - Zaqatala şəhəri

-70 kq
1. Pərvanə Abdullayeva – Yevlax rayonu
2. Zeynəbxanım Əsadova - "Məhsul" Könüllü İdman Cəmiyyəti
3. Fidan Tarıverdiyeva - Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri

-78 kq
1. Aytəkin Paşazadə - Zirvə İdman Klubu, İsmayıllı şəhəri
2. Aysu Həsənova - "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

+78 kq
1. Qönçə Cafərli – Neftçi İdman Klubu