
Azərbaycan çempionatının qalibi müəyyənləşdi
- 18 İyn 2023 23:32
- 326
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, finalda “Birbaşa” və “Zirə” klubları üz-üzə gəlib.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn "Birbaşa" ölkə çempionu olub. Komanda ötən mövsüm də Azərbaycan çempionatının kubokunu qazanmışdı.
Üçüncü yer uğrunda keçirilən matçda isə "Qarabağ" "Bakı"nı 5:2 hesabı ilə məğlub edib.