Çimərlik voleybolu üzrə qadınlar arasında açıq Azərbaycan çempionatının qalibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, yarış 14 sentyabr tarixində “Su İdmanı Sarayı”nda keçirilib.

“Su İdmanı Sarayı”nın, “Azərbaycan Voleybol Federasiyası”nın təşkilatçılığı və “Bella” şirkətinin sponsorluğu ilə keçirilən yarışda 8 cütlük mübarizə aparıb.

Həmin gün çempionatın final mərhələsi və mükafatlandırma mərasimi də olub. Mükafatlandırma mərasimində Su İdman Sarayının rəhbəri Elçin Həsənov, Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli iştirak ediblər və qalib gələn cütlüklərə kubok, medal, diplom və hədiyyələr  təqdim ediblər. 

Beləliklə, ölkə birinciliyinin qalibi Yuliya Jernova və Alina Aslan cütü olub. Nərminə Musayeva və Fidan Əhmədxanova yarışda ikinci yeri tutublar. Açıq çempionatın üçüncüsü isə İlhamə Əliyeva və Səmra Qafarova cütü olub.