Azərbaycan çempionatının finalçıları müəyyənləşdi
- 11:00
- 31
Minifutbol üzrə Azərbaycan çempionatının finalında qarşılaşacaq komandalar bəlli olub.
Rekord.az xəbər verir ki, həlledici görüşün iştirakçılarının adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gəlib.
"Zirə" "Sumqayıt"ı 5:2 hesabı ilə məğlub edib. İlk oyunda da 3:1 hesabı ilə qalib gələn "Zirə" finala adlayıb.
Digər yarımfinal oyunu "Aznur" və "Birbaşa Bakı" arasında baş tutub. Matç 1:1 hesabı ilə başa çatıb. İlk oyunda 2:1 üstün olan "Birbaşa Bakı" finala yüksəlib.
Final qarşılaşması aprelin 3-də Bakı Tennis Akademiyasının stadionunda reallaşacaq. Üçüncü yer uğrunda görüşdə isə "Sumqayıt" və "Aznur" komandaları qarşılaşacaq.