Qadın voleybolçuların ölkə çempionatında ilkin mərhələ başa çatıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada mübarizə aparan doqquz komandanın səkkizi pley-offa vəsiqə qazanıb.
İki dövrədən ibarət olan bu mərhələdə keçirilən 18 turdan sonra pley-off cütləri də dəqiqləşib. Bu mərhələdə komandalar tutduqları yerə uyğun bir-birinə rəqib olub (1-8, 2-7, 3-6, 4-5 yerlər). 1/4 finalda mübarizə iki oyundan ibarət olacaq. Hər iki görüşdə qalib gələcək klub adını yarımfinala yazdıracaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarlarsa, yarımfinala yüksələcək komandanı müəyyə etmək üçün qızıl set oynanılacaq. Bu qayda yarımfinalda da tətbiq ediləcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.

Pley-off mərhələsinin cütləri:

    “Turan” (1) - “Murov Az Terminal” (8)
   “DH Volley” (2) – “AZERRAIL” (7)
   “Milli Aviasiya Akademiya” (3) – “Abşeron” (6)
   "Gəncə" (4) – UNEC (5)