Azərbaycan çempionatında komandalar mübahisə etdi, oyun yarımçıq dayandırıldı
- 17 Dek 2025 23:25
- 36
Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində qalmaqal yaşanıb. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 7-ci turu çərçivəsində keçirilən “Xilasedici” – “ORDU” qarşılaşmasında komandalar arasında mübahisə düşüb.
Oyunun ikinci setinin sonlarında hücumların birində mübahisəli epizod yaranıb. Bundan sonra hər iki komandanın oyunçuları və məşqçilər heyəti arasında gərginlik yaşanıb. Supervayzer yaranmış problemi aradan qaldırmaq üçün görüşü yarımçıq dayandırıb. Bir müddət sonra isə komandalar meydanı tərk ediblər və oyun yekunlaşmayıb.
Azərbaycan Voleybol Federasiyanın yaydığı açıqlamada bildirilib ki, qarşılaşma ilə bağlı qurum tərəfindən müvafiq qərar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.