Şahmat üzrə Azərbaycan çempionatında final partiyaları oynanılıb.


Rekord.az xəbər verir ki, kişilərin finalında ilk partiyada Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə heç-heçə edib.


Qadınların finalında isə Ülviyyə Fətəliyeva ilk oyunda Ayan Allahverdiyevanı məğlub edib.


Üçüncü yer uğrunda görüşlərdə Read Səmədov Aydın Süleymanlıya uduzub. Türkan Məmmədyarova-Gülnar Məmmədova arasında partiya heç-heçə başa çatıb.


Cavab görüşləri sabah baş tutacaq.