Azərbaycan çempionatında 1/16 finalın növbəti görüşləri keçirilib
- 13:00
- 34
Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib.
Rekord.az xəbər verir ki, iki oyunun nəticəsinə əsasən Murad İbrahimli Vüqar Manafova (1,5:0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5:0,5), Vüqar Rəsulov Fərid Orucova (2:0) qalib gələrək növbəti mərhələyə adlayıb.
Rəqibini hər iki partiyada məğlub edən Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov 1/8 finalda mübarizə aparmaq imkanı qazanıb. İlk görüşdə qələbə qazanan, cavab oyununda heç-heçəyə nail olan Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.
1/16 final mərhələsinin iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Nicat Abasov - Şəmsi Qaraxanov, Ümid Aslanov - Xaqan Əhməd, Rəhim Qasımov - Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev - Fərhad Tahirov, Xəzər Babazadə - Rəvan Əliyev və Misrətdin İskəndərov - Paşam Əlizadə arasında qalib bu gün baş tutacaq tay-brek oyunlarında müəyyənləşəcək.
Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.