Azərbaycan birinciliyinin pley-off mərhələsinin püşkü atıldı
- 06 Mar 2026 16:55
- 49
Yeniyetmə voleybolçular arasında Azərbaycan birinciliyinin pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) idman şöbəsinin rəhbəri Şir-Aslan Kərimov, federasiyanın və pley-offa vəsiqə qazanmış klubların nümayəndələri iştirak ediblər.
Pley-off mərhələsində müxtəlif yaş qrupları üzrə ümumilikdə 44 komanda (qızlar və oğlanlar) iştirak edəcək: U-14 yaş qrupunda 16 komanda, U-16 yaş qrupunda 14 komanda və U-18 yaş qrupunda 14 komanda.
Qeyd edək ki, pley-off və final oyunları Bakıda keçiriləcək.
Pley-off və final mərhələsi
13-15 mart - 16 yaşadək (U-16) voleybolçular
27-29 mart - 14 yaşadək (U-14) voleybolçular
3-5 aprel - 18 yaşadək (U-18) voleybolçular