Bu gün boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

Rekord.az xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 idmançısının qatıldığı yarışın ilk günündə 25 döyüş baş tutub.

Görüşləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və müxtəlif yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu da izləyib.

54, 57, 60, 63,5, 67 və 71 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan boksçuların adlarına aydınlıq gəlib.

Pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən ölkə birinciliyinə fevralın 16-da yekun vurulacaq. Boks Mərkəzində təşkil olunan yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq.

Azərbaycan birinciliyi

54 kq
Kamil Babayev (“Təhsil” RİM) – İsa Gəncəliyev (“Qəbələ” İK) – birinci qalib gəlib
Ağarza Xəlil (“Garpa Renzo” İK) – Mahir Süleymanov (UGM-11) – ikinci qələbə
Emil Quliyev (UGM-13) – Hüseyn Nəcəfov (Siyəzən) – birinci qalib gəlib
Elvin Yusifov (Şəmkir) – İbrahim Əliyev (ROİL) – ikinci qalib gəlib
Rəhman Mahmudov (Şabran) – Elgün Salmanov (Naxçıvan MR) – birinci döyüşə gəlməyib
Elman Mərdanzadə (Sumqayıt) – Rahim Əsədov (Ağcabədi) – birinci qalib gəlib
Elvin Cəbrayılov (Kəlbəcər) – Mətin Məmmədov (DİN İC) – birinci döyüşə gəlməyib

57 kq
Nadir Məlikov (“Təhsil” RİM) – Polad Qardaşov (İmişli) – birinci qalib gəlib
Mircəlal Cabbarov (“Sərhədçi” İK) – Nazim Abuzərli (Naxçıvan MR) – ikinci qalib gəlib
Ramid Axundov (Spartak“ İC) – İbrahim Yusifov (Sumqayıt) – ikinci qalib gəlib
Abdulla Musayev (“Neftçi” İK) – İlkin Dəmirov (Siyəzən) – ikinci qalib gəlib
Ceyhun Məmmədov (Qusar) – Əli Ağayev (UGM-7) – ikinci qalib gəlib
Şahmar Süleymanov (Kəlbəcər) – Rüfət Qənizadə (“Kür” İK) – ikinci qalib gəlib
Ülvi Tapdıqov (Sabirabad) – Ülvi Mirzəyev (FHN İK) – ikinci qalib gəlib
Nihat Qurbanlı (“Neftçi” İK) – Nihat Məmmədzadə (Astara) – ikinci döyüşə gəlməyib

60 kq
Aqil Babayev (Salyan) – Rövlan Məmmədov (“Səbail” İK) – birinci döyüşə gəlməyib
Tələt Ələsgərli (MOİK) – Osman Hacıyev (“Gömrükçü” İK) – birinci qalib gəlib
Nurlan Kazımov (Ağcabədi) – İsmayıl İsmayılzadə (“Qızıl Əlcək” İK) ikinci qalib gəlib

63,5 kq
Cavidan Sərdarov (“Spartak” İC) – İkram Şeydayev (ROİL) – ikinci qalib gəlib
Məhəmməd Həbibli (Biləsuvar) – Tural Babayev (Sumqayıt) – birinci qalib gəlib

67 kq
Rəsul Şahbazov (Şabran) – Fərhad Şeydayev (RENGR) – ikinci tam üstünlüklə qalib gəlib
Rəvan Hacıyev (Siyəzən) – Ramal Tağızadə (“Kür” İK) – birinci qalib gəlib
Elmir Cəfərov (“Zenit” İK) – Elnur Abdullazadə (Tərtər) – ikinci qalib gəlib

71 kq
Firudin Vəliyev (“Səbail” İK) – Vüqar Cüməzadə (Qəbələ) – birinci tam üstünlüklə qalib gəlib
Yusif Məmmədli (MOİK) – Lətif Həsənov (“Sərhədçi” İK) – ikinci tam üstünlüklə qalib gəlib