Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyası tərəfindən birgə təşkil edilən yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ikinci yarış gününə yekun vurulub. 

Rekord.az xəbər verir ki, bu gün yarışları izləyən gənclər və idman naziri Fərid Qayıbov 52 kq çəki dərəcəsində qalib və mükafatçı qızları medallarla təltif edərək onlara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, baş katibi Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov qarşıdakı yarışlar, planlar və tədbirlər barədə nazir Fərid Qayıbova məlumat veriblər.

Yarışın ikinci günündə yeniyetmə qızlar və oğlanlar arasında ümumilikdə 6 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən edilib. Onların siyahısını təqdim edirik:


-40 kq.
🥇Bayramzadə Məryəm -  1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri
🥈Soltanova Nərmin - Zirvə idman klubu, Abşeron rayonu 
🥉Quziyeva Naida – Zaqatala rayonu 

-52 kq.
🥇Qasımova Fidan – Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzi 
🥈Bayramova Gülnarə - 1 nömrəli Respublika İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
🥉Verdiyeva Aytən – Təhsil İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri
🥉Əfəndiyeva Aynur - İdman Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri

-70 kq.
🥇Abdullayeva Pərvanə - Yevlax şəhəri 
🥈Mirzəyeva Emilya – 1 nömrəli Respublika İdman Olimpiya  Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
🥉Əsədova Zeynəbxanım – Məhsul İdman Cəmiyyəti 

-50 kq.
🥇Məmişov Məhəmməd - 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
🥈Musayev Məhəmməd – 1 nömrəli Respublika İdman Olimpiya  Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
🥉İskəndərov Mirxalıq – 1 nömrəli Respublika İdman Olimpiya  Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Bakı şəhəri
🥉Məmmədov Xalid – Zirvə idman klubu, Abşeron rayonu

-66 kq.
🥇Nağıyev Nicat – Azəri Cüdo idman klubu
🥈Yusubov Ebil – Azəri Cüdo idman klubu
🥉Nadirov Ricat – Respublika Kompleks İdman məktəbi 
🥉Sultanov Nicat– Neftçi İdman klubu

-90 kq.
🥇Cabbarov Tamerlan – Qəbələ şəhəri
🥈Niyazov Fərid – Cüdo  klub 2020
🥉Hacıyev Sadıq – Respublika Olimpiya İdman Liseyi
🥉Hüseyn Məhəmməd – Neftçi İdman klubu

Yarışlara yanvar ayının 16-sı yekun vurulacaq.