Uşaq taekvondoçular arasında keçiriləcək Azərbaycan birinciliyində 362 idmançı mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, yarışa aprelin 3-də start veriləcək.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda üç gün davam edəcək və ilk dəfə təşkil olunacaq birincilikdə 285 oğlan, 77 qız idmançı qüvvəsini sınayacaq.

Həm oğlanlar, həm də qızlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.