Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək.


Rekord.az xəbər verir ki, turnirdə 55 klub və idman cəmiyyətindən 169 cüdoçu ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaq.


Yarışın ilk günündə fərdi, ardınca isə komandalararası mübarizə baş tutacaq.


Yarışın təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-dan etibarən başlayacaq.


Qeyd edək ki, Azərbaycan birinciliyi dekabrın 13-14-də keçiriləcək.