"Turan"ın sabiq vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov maraqlı xatirəsini bölüşüb.

Rekord.az xəbər verir ki, AFFA-da çalışdığı var milli komanda ilə Lüksemburqda olan zaman üzləşdiyi maraqlı olay haqda danışıb:

"2007-ci ildə U-19 Azerbaycan milli komandası mənim rəhbərliyimlə Lüksemburqa, Avropa Çempionatının seçmə turnirinə getmişdi. Mən komandanın rəhbəri kimi CİP maşınla, personal sürücü və tərcüməçi ilə təmin olunmuşdum. O vaxt komandanın heyyətində Elvin Məmmədov, Vüqar Nadirov, Araz Abdullayev və s. futbolçular var idi. Baş məşqçi isə Böyükağa Ağayev idi. Mənim maşınım öndə gedirdi. Stadiona çatanda uzaqdan bayrağımızın tərsinə asıldığını gördüm. Dərhal maşınları dayandırdım. Bizi müşayət edenlər həyəcanla nə baş verdiyini soruşdular. Bayrağı göstərib təcili düzəldilməsini tələb etdim və bunu Azərbaycana qarşı hörmətsizlik olduğunu bildirdim. Qəti şəkildə bildirdim ki, bayraq düzgün asılmasa komanda stadiona girməyəcək. Bir an içində hamı bir birinə dəydi, UEFA nümayəndələri işə qarışdılar, bayrağı düzəldib bizdən dönə dönə, rəsmi şəkildə üzr istədilər. Ən maraqlısı isə biz stadiona girəndə bütün stadionun ayağa qalxıb bizi alqışlamaları oldu. Sanki, qalib ordu kimi triumfal arkadan keçirdik. Bayrağımızın əzəmətli dalğaları altında keçirdiuim o qürur hissini heç vaxt unutmaram. Həmin an dünyanın ən xoşbəxti idim…"