
Azərbaycan badmintonçusundan ardıcıl 3-cü qələbə
- 28 İyn 2023 18:00
- 305
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Polşada keçirilən 3-cü Avropa Oyunlarında kişilərin şəxsi yarışında G qrupunda son görüşünü keçirib.
Rekord.az xəbər verir ki, qrup mərhələsinin ikinci turunda pley-offa vəsiqəni təmin edən Edi bu dəfə Ukrayna təmsilçisi Danilo Bosniukla qarşılaşıb.
Badmintonçumuz ardıcıl 3-cü qələbəsini qazanaraq qrupu lider başa vurub - 2:0 (21-14, 21-19).