Azərbaycan Avropa çempionatının 1/8 final mərhələsindədir
- 01:59
- 30
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-offuna vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız Bakının ev sahibliyi etdiyi C qrupunda mübarizə aparıb.
Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız Portuqaliya, İspaniya, Rumıniya, Belçika və Niderlanda qarşı oynayıb. Beş oyundan üçündə qələbə qazanan voleybolçularımız qrupda 3-cü yeri tutaraq qitə birinciliyinin 1/8 finalına yüksəliblər.
Bu mərhələdə millimiz İstanbulda A qrupunun ikincisi olan Türkiyə ilə qarşılaşacaq. Oyun sentyabrın 1-də baş tutacaq.