"İmişli"nin kapitanı Azər Salahlı "Sumqayıt"a 0:1-lik məğlubiyyətdən sonra oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az-a açıqlamasında o, bunları deyib: "Gərgin oyun keçdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə dəyişikliklərdən sonra oyunu bərabərləşdirə bildik. Qalib də gələ bilərdik. Son dəqiqədə penaltini qaçırmasaydıq ən azı 1 xal qazanacaqdıq. Amma alınmadı, məğlub olduq".


Kapitan oyundan sonra yaşanan dava-dalaş, gənc komanda yoldaşı İbrahim Əliyevin hərəkəri haqda da fikirlərini bölüşdü: "Düzü dava-dalaş necə başladı, bunu görmədim. Kimsə topu gizlətdi, yarısı orda dalaşdı, yarıdı burda dalaşdı. Düşünürəm ki, lazımsız şeylərdi, bir də olmasın. Əlbəttə, son dəqiqədə penaltini qaçırmaq komandaya pis təsir göstərir. İbrahim gənc futbolçudur, karyerası irəlidədir, belə şeylər lazım deyil. Oyununa fokuslanlsa, daha yaxşı olar".