
Azər Məmmədov əvəzedicilərin ümidinə qalıb
- 28 İyn 2023 15:00
- 986
Növbəti mövsümün hazırlıqlarına başlayan "Kəpəz"də sıxıntılar bitmir.
Rekord.az xəbər verir ki, büdcənin istənilən səviyyədə olmaması baş məşqçi Azər Məmmədovu də çətin duruma salıb.
Belə ki, ötən mövsüm icarə əsasında klubda oynayan futbolçuların demək olar ki, heç biri ilə anlaşma əldə etmək mümkün olmayıb. Çünki hər biri ötən mövsümlə müqayisədə maaşlarının ikiqat artırılmasını istəyir. Klubun büdcəsi isə buna imkan vermir. Vəziyyəti belə görən Məmmədov əvəzedici komandadan 3-4 futbolçunu da əsas komandanın hazırlıqlarına cəlb edib.