
Azər Həşimov: "Ayxan Abbasovun millinin düşərgəsində olması..."
- 14:00
- 47
Sabah Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Şamaxı" ilə üz-üzə gələcək "Karvan"ın baş məşqçisi Azər Həşimov oyun öncəsi fikirlərini bölüşüb.
Rekord.az-a açıqlamasında o, bunları deyib: "Çətin oyun olacaq. Ümumiyyətlə, bizim çempionatda bütün oyunlar çətin keçir. Bu mənada digər oyunlara necə hazırlaşırıqsa, "Şamaxı" ilə oyuna da i cür hazırlaşırıq. Uşaqlar "Şamaxı" ilə oyunun məsuliyyətini də gözəl dərk edir və bu oyuna ciddi hazırlaşıblar.
Həşimov rəqib baş məşqçi Ayxan Abbasovun millinin düşərgəsində olması səbəbindən "Şamaxı"ya yetəri qədər vaxt ayıra bilməməsini də böyük üstünlük saymır: "Bəli, Ayxan müəllim bir müddət idi millinin düşərgəsində idi, Azərbaycan futboluna xidmət baxımından vaciv idi. Biz hamımız Azərbaycan futboluna xidmət edirik. Amma Ayxan müəllim olmadığı dönəmdə onun köməkçiləri "Şamaxı"nı oyuna hazırlayıblar və düşünürəm ki, yetəri qədər də hazırlaya biliblər. Bu mənada bizi çətin oyun gözləyir. Düşünürəm ki, kim daha əzmkar, daha istəkli olsa, o da qalib gələcək",