"Neftçi"nin futbolçusu Azər Əliyev klubun azarkeşlərinə qarşı hörmətsizlik etməklə yadda qalıb.

Rekord.az xəbər verir ki, olay "Qəbələ" ilə dünənki matçdan sonra olub.

Belə ki, hakimin final fitindən sonra "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev meydançaya daxil olaraq futbolçuları "Neftçi" azarkeşlərinin olduğu sektora getməyə çağırıb. Bu zaman onun qarşısına ilk olaraq Azər Əliyev çıxıb və Allahverdiyev azarkeşləri işarə edərək  ilk olaraq məhz Azəri qayıdıb ora getməyə dəvət edib. Lakin Əliyev başını yelləyərək azarkeşlərin yanına getməkdən imtina edib və birbaşa soyunub-geyinmə otağına yollanıb. Azərdən fərqli olaraq Saef klub rəsmisinin sözünə əməl edib və geri dönərək azarkeşlər olan sektora yollanıb.