Azad Rəhimov 2-ci Fəxri xiyabanda dəfn edildi
- 2021-05-02 14:39
- 587
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.
Rekord.az xəbər verir ki, Rəhimovun cənazəsi 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə dövlət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.
Azad Rəhimov aprelin 30-da, ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.