"Şamaxı" "Neftçi"niun gənc futbolçusu Murad Məmmədovun xidmətində maraqlıdır.

Rekord.az xəbər verir ki, şəxsən baş məşqçi Ayxan Abbasov U-21-də də rəhbərliyi altındas oynayan Muradı yeni mövsümdə Şamaxıda görmək istəyir.

Bununla bağlı "Neftçi" ilə danışıqlar aparılacaq. "Şamaxı" "Neftçi"də az-az oynamaq şansı qazanan futbolçunu icarəyə götürmək niyyətindədir. Lakin hır şey "Neftçi"nin baş məşqçisi Samir Abasovun qərarından asılı olacaq.