"Ayntraxt" Mario Götse ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb.
Qeyd edək ki, Götse cari mövsüm "Ayntraxt" forması ilə 45 matçda çıxıb və 3 qola imza atıb.