 
        Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
- 06 Apr 2025 21:50
- 364
“Ayın qolu” layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, ona Misli Premyer Liqasının 29-cu turunda bu gün "Zirə" ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        