Avstriyalı hücumçu Junior Adamu "Zalsburq"dan "Frayburq"a keçib.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı "Frayburq"un rəsmi saytı yayıb.

Transfer məbləği 9,5 milyon avro olub. 22 yaşlı nigeriyalı futbolçu ötən mövsüm "Zalsburq"un heyətində ümumilikdə 40 oyuna çıxıb, 14 qol vurub və 6 məhsuldar ötürmə edib.