
Avstriya millisində yeni rekordçu
- 14:40
- 38
DÇ-2026-nın seçmə mərhələsində San Marino ilə matçda (10:0) "poker"ə imza atan Avstriya yığmasının hücumçusu Marko Arnautoviç rekordçu olub.
Rekord.az xəbər verir ki, o, həmin görüşdə 4 qol vurmqla Avstriya yığmasında ən çox fərqlnən futbolçu olub.
Millinin heyətində 45 qola imza atan Arnautoviç Avstriya komandasının sabiq futbolçusu Toni Polsteri (44) geridə qoyub.
Qeyd edək ki, 36 yaşlı hücumçu klub səviyyəsində "Tvente", "Verder", "Stok Siti", "Vest Hem", "Şanxay", "Bolonya", "İnter" və "Srvena Zvezda"da çıxış edib. O, ümumilikdə meydana çıxdığı 544 matçda 145 qol vurub.