
Avropanın ən yaxşı 11 gənc futbolçusu
- 26 Yan 2023 13:30
- 498
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada gənc futbolçulardan ibarət 2022-ci ilin rəmzi komandasını açıqlayıb.
Rekord.az xəbər verir ki, ilin simvolik “11-liy”ində 20 yaşı hələ tamam olmayan oyunçular salınıb.
Heyətdə ən çox futbolçu ilə İspaniya təmsil olunub. “Barselona”nın 3 üzvü rəmzi komandaya düşüb.
Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);
Müdafiəçilər: Antonio Silva (Portuqaliya, “Benfika”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cud Bellingem (İngiltərə, “Borussiya”, Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);
Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya”, Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).