Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
- 14:00
- 30
UEFA Avropa Liqasında yarımfinal mərhələsi bu gün başlayacaq.
Rekord.az xəbər verir ki, Portuqaliyanın "Braqa" klubu Almaniya təmsilçisi "Frayburq"u qəbul edəcək.
Digər görüşdə isə İngiltərə komandaları münasibətlərə aydınlıq gətirəcəklər. "Nottinqem Forest" doğma azarkeşləri önündə "Aston Villa" ilə üz-üzə gələcək.
Xatırladaq ki, raundun cavab matçları mayın 7-də keçiriləcək.