Tərlan Quliyev "Xan Lənkəran"a keçə bilər.

Rekord.az xəbər verir ki, hazırda "Keşlə"də çıxış edən futbolçunun Lənkəran təmsilçisinə transfer olunacağı haqda xəbərlər yayılıb. Məlumatı dəqiqləşdirmək üçün təcrübəli müdafiəçi ilə əlaqə saxladıq:
 

"Düzdü, belə söhbət var. Sadəcə, indi bu haqda qəti fikir bildirməyim düzgün olmaz. "Keşlə" ilə müqaviləm var, bu kluba məxsusam. Yayda karyeramı harda davam etdirəcəyimə aydınlıq gələcək. Nə olacaqsa, xeyirlisi olsun". ("Futbol plus")

Qeyd edək ki, Tərlan 2012-ci ildə "Neftçi"nin heyətində Avropa Liqasının qrupunda forma geyinib.