Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
- 16:20
- 33
UEFA Avropa Liqasının əsas mərhələsinin VI turundan sonra turnirin pley-off mərhələsinə vəsiqəni təmin edən 6 komanda müəyyənləşib.
Rekord.az xəbər verir ki, "Olimpik" (Lion, Fransa), "Midyulland" (Danimarka), "Aston Villa" (İngiltərə), "Betis" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş"un (Macarıstan) ilk "24-lük"də yer alacağı dəqiqləşib.
Liqa mərhələsinin son iki turu 2026-cı ilin yanvarında keçiriləcək.
Əsas mərhələdə ilk 8 komanda birbaşa 1/8 finala, 9-24-cü yerləri tutan kollektivlər isə pley-offa adlayacaqlar.
Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" komandasıdır.