
Avropa çempionatının püşkatması mərasimi oktyabrın 4-də olacaq
- 15:57
- 39
Oktyabrın 4-də Avropa çempionatının (EuroVolley 2026) püşkatma mərasimi keçiriləcək. "Rekord.az" xəbər verir ki, EuroVolley 2026-nın biletləri isə bu il 7 noyabrda satışa çıxacaq.
Qadın voleybolçuların Avropa çempionatı 21 avqust – 6 sentyabr tarixlərində keçiriləcək. Oyunlar Bakı (Azərbaycan), İstanbul (Türkiyə), Brno (Çexiya) və Geteborg (İsveç) şəhərlərində baş tutacaq.
Püşkatma mərasimi şənbə günü Bari şəhərindəki məşhur Norman-Swabian Qalasında keçiriləcək. CEV-in “YouTube” kanalında canlı yayımlanacaq mərasimdə ulduz oyunçular və voleybol ailəsinin bir çox üzvü iştirak edəcək. Tədbirdə Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvü Elqar Bağırov və millimizin voleybolçusu Ayşən Abduləzimova iştirak edəcəklər.