Avropa çempionatının bütün iştirakçıları Bakıdadır
- 20 Avq 2026 22:54
- 35
Azərbaycanın ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda yer alan bütün komandalar Bakıdadır. "Rekord.az" xəbər verir ki, bu gün Belçika, Rumıniya və İspaniya milli komandaları da paytaxtımıza gəliblər.
Qeyd edək ki, qrupumuzda ilk qarşılaşma avqustun 21-də olacaq. Bu oyunda Azərbaycan və Portuqaliya komandaları üz-üzə gələcəklər.