
Avroliqanın finalını idarə edəcək hakimlər müəyyənləşdi
- 12 May 2025 22:00
- 39
Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klublarının oyununu idarə edəcək hakimlərin adları bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşmada Feliks Çvayerin rəhbərlik etdiyi almaniyalı hakimlər briqadası ədaləti qoruyacaq.
Ona bu işdə Robert Kempter və Kristian Dits kömək edəcəklər.
Həlledici matç mayın 21-də İspaniyanın Bilbao şəhərində keçiriləcək.