Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda ənənəvi olaraq 4 futbolçunun adı yer alıb.

Bunlar “Sevilya”dan (İspaniya) Lukas Okampos, Donetsk “Şaxtyor”undan (Ukrayna) Dmitri Krıskiv, “Mançester Yunayted”dən (İngiltərə) Markus Raşford və “Monako”dan (Fransa) Aksel Disasidir.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.