Avroliqada Azərbaycan yığma komandalarının rəqibləri bəlli oldu
- 16:25
- 33
Voleybol
üzrə Avropa Liqasında (CEV Volleyball European League 2026) qadın və
kişi komandaların qrupları açıqlanıb. "Rekord.az" xəbər verir ki,
Azərbaycanın yığma komandalarının da rəqibləri bəlli olub.
CEV-in
reytinqində hazırda 27-ci pillədə qərarlaşan qadınlardan ibarət milli
komandamızın rəqibləri İsveç, Estoniya, Şimali Makedoniya, İspaniya,
İsrail və İsveçrə yığmaları olacaq. Reytinqdə 38-ci pillədə olan kişi
milli komandamız isə Yunanıstan, İsveç, Rumıniya, İspaniya, Portuqaliya
və Macarıstan yığmaları ilə qarşılaşacaq.
Qadınlardan ibarət millimiz
birinci həftənin, kişilərdən ibarət komandamız isə üçüncü həftənin
qarşılaşmalarını Bakıda keçirəcək. Oyunlar 2026-cı ilin iyununda baş
tutacaq.
Qeyd edək ki, Avroliqanın formatında dəyişiklik edilib.
2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında
keçirilən yarış yenidən “Avropa Liqası” adlanacaq. Turnir Avropa
çempionatına təsnifat xarakteri daşıyacaq və iştirakçılara reytinq
xalları qazandıracaq. İştirakçı komandalar və oyunların proqramı CEV-in
reytinqinə əsasən müəyyən olunur. Reqlamentə əsasən yarışda 24 qadın və
27 kişi komandası mübarizə aparacaq. Turnir cədvəli üzrə ilk 6 komanda
(yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı
halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda
1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa
çempionatına vəsiqə əldə edəcəklər.
Qadınlardan ibarət millimizin Avroliqadakı oyunları
1-ci həftə (Azərbaycan)
05-07.06.2026
İsveç - Azərbaycan
Azərbaycan - Estoniya
Estoniya - İsveç
2-ci həftə (İspaniya)
12-14.06.2026
Şimali Makedoniya - İspaniya
Azərbaycan - Şimali Makedoniya
İspaniya - Azərbaycan
3-cü həftə (İsrail)
19-21.06.2026
Azərbaycan - İsrail
İsveçrə - Azərbaycan
İsrail - İsveçrə
Kişilərdən ibarət millimizin Avroliqadakı oyunları
1-ci həftə (İsveç)
05-07.06.2026
Yunanısta - İsveç
Azərbaycan - Yunanıstan
İsveç - Azərbaycan
2-ci həftə (Rumıniya)
12-14.06.2026
Azərbaycan - Rumıniya
İspaniya - Azərbaycan
Rumıniya - İspaniya
3-cü həftə (Azərbaycan)
19-21.06.2026
Macarıstan - Azərbaycan
Portuqaliya - Macarıstan
Azərbaycan - Portuqaliya