
Avrokuboklardakı rəqiblərimiz bəlli oldu
- 16:20
- 71
Voleybol üzrə Çempionlar Liqası, "CEV kuboku" və "Challenge Cup" yarışlarında 2025/2026 illər mövsümünün püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, tədbir Lüksemburqda baş tutub. Püşkatmada Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bəlli olub.
Yeni mövsümdə ölkəmizi avrokuboklarda iki komanda təmsil edəcək. Kişilərdən ibarət “AZERRAIL” klubu Çempionlar Liqasında, “Xilasedici” komandası isə "Challenge Cup"da mübarizə aparacaqlar.
Çempionalar Liqasında debüt edəcək "AZERRAIL" yarışa 1-ci təsnifat mərhələsindən başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Serbiyanın “Radnicki KRAGUJEVAC” klubu olub. Cütün ilk oyunu 21-23 oktyabr, cavab matçı isə 28-30 oktyabr tarixlərində keçiriləcək.
Avrokuboklarda debüt edəcək "Xilasedici" klubu isə Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək. Təmsilçimiz mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 11-13 noyabr, cavab görüşü isə 18-20 noyabr tarixlərində baş tutacaq.