Avrokubok təmsilçilərimizin rəqibləri bilindi
- 15:55
- 17
Lüksemburqda voleybol üzrə Avropa kuboklarının 2026/2027 illər mövsümü üçün püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycanın "Challenge cup"dakı təmsilçilərinin də rəqibləri bəlli olub.
Qadınlardan ibarət "DH Volley" klubu yarışda mübarizəyə 1/32 finaldan başlayacaq. Bu mərhələdə təmsilçimizin rəqibi Danimarkanın "Holte IF" klubu olacaq. Komandamız ilk oyununu səfərdə, cavab matçını isə evdə keçirəcək. "DH Volley" bu turu keçərsə 1/16 finalda Polşanın "Lodz" klubu ilə üz-üzə gələcək.
Kişilərin yarışında çıxış edəcək "Ordu" klubu da 1/32 finaldan mübarizəyə start verəcək. Təmsilçimiz bu mərhələdə Norveçin "Forde VBK" klubu ilə qarşılaşacaq. Bu mərhələni keçəcəyi təqdirdə 1/16 finalda Niderlandin "Simplex SSS Barneveld" klubuna qarşı oynayacaq.
Qeyd edək ki, ilk oyunlar 24-26 noyabr, cavab qarşılaşmaları isə 1-3 dekabr tarixlərində baş tutacaq.