AVRO-2026 üçün media akkreditasiyaya start verilib
- 14:32
- 39
Bu il Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatında media akkreditasiyasına başlanılıb. "Rekord.az" xəbər verir ki, Bakının ev sahibi olduğu AVRO-2026-nın final mərhələsində C qrupunun oyunlarını işıqlandırmaq istəyən media nümayəndələri üçün akkreditasiyanın ilkin mərhələsi elan olunub
Qeydiyyat prosesi Avropa Voleybol
Konfederasiyası (CEV) tərəfindən həyata keçirilir və nəzarətdə
saxlanılır. Akkreditasiyanın əsas mərhələsinə may-iyun aylarında start veriləcək. Lakin buna qədər akkreditasiyanın ilk mərhələsində iştirak etmək vacibdir. CEV jurnalistlərin qeydiyyatdan keçməsi üçün link təqdim edib - https://mediaclub.cev.eu/mediaclublogin/cev .
Qeyd edək ki, Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya,
Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə
aparacaqlar. Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B
qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq. Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il
tarixlərində Bakı Gimnastika Arenasında baş tutacaq.