AVRO-2026: İlk yarımfinalçılar bəlli oldu
- 02 Sen 2026 23:50
- 25
Qadın voleybolçular arasında Avropa çempionatında 1/4 final oyunları keçirilir. "Rekord.az" xəbər verir ki, qitə birinciliyinin ilk yarımfinalçıları bəlli olub.
Çempion adı uğrunda mübarizəni davam etdirən ilk iki komanda Serbiya və İtaliya olub. Serbiya 1/4 finalda Yunanıstanı 3:0, İtaliya isə İsveçi 3:1 hesabı ilə məğlub edib.
Yarimfinalın digər iki iştirakçısının adı sentyabrın 3-də bəlli olacaq. İstanbulda keçirilən bu 1/4 finalda Polşa-Niderland və Almaniya-Türkiyə qarşılaşmaları baş tutacaq.
Qeyd edək, Azərbaycan millisi 1/8 finalda Türkiyəyə uduzaraq mübarizəni dayandırıb. Yarışa sentyabrın 6-da yekun vurulacaq.