AVRO-2026: Finalın adı bəlli oldu
- 22:09
- 22
Qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, hər iki qarşılaşma bu gün İstanbulda baş tutub.
Sinan Erdem Spor Salonunda ilk yarımfinal oyunu Türkiyə və Serbiya komandaları arasında olub. Bu görüşdə meydan sahibi 3:0 hesabı ilə qalib gəlib və adını finala yazdırıb.
Növbəti yarımfinalda Polşa və İtaliya üz-üzə gəliblər. Bu matçda İtaliya rəqibini 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Beləliklə, qitə birinciliyinin finalında Türkiyə və İtaliya qarşılaşacaqlar. Bürünc medal uğurunda isə Serbiya və Polşa yığmaları yarışacaqlar. Hər iki oyun sentyabrın 6-da baş tutacaq.
Avropa çempionatı
5 sentyabr
Yarımfinal
Türkiyə - Serbiya 3:0 (25:20, 25:19, 25:20)
Polşa - İtaliya 1:3 (19:25, 19:25, 25:21, 16:25)