AVRO-2026: Bakıda növbəti tay-breyk qeydə alındı
- 20:55
- 37
Qadın voleybolçuların Avropa çempionatında ölkəmizin ev sahibi olduğu C qrupund daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında təşkil olunan ikinci görüşdə Rumıniya və Niderland komandaları qarşılaşıblar.
Gərgin keçən oyunda qalib tay-breykdə bəlli olub. 5 set davam edən matçda Niderland 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan növbəti oyununu sabah keçirəcək. 18:30-da başlayacaq qarşılaşmada millimizin rəqibi İspaniya olacaq. Saat 15:30-da isə Portuqaliya və Belçika komandaları meydana çıxacaqlar.
Avropa çempionatı
22 avqust
C qrupu
Rumıniya - Niderland 2:3 (21:25, 28:26, 15:25, 25:22, 9:14)