AVRO-2026: Azərbaycan Portuqaliyanı məğlub etdi
- 21:51
- 29
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatına qələbə ilə başladı. "Rekord.az" xəbər verir ki, Bakıda təşkil olunan C qrupu çərçivəsində komandamız Portuqaliya ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş Faiq Qarayevin yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Millimiz bu matçda 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək, yığmamızın növbəti oyunu avqustun 23-də İspaniyaya qarşı olacaq.
Avropa çempionatı
21 avqust
C qrupu
Azərbaycan - Portuqaliya 3:1 (25-22, 23-25, 27-25, 25-20)